Ana səhifə / Cəmiyyət / İTV-NİN BÖLGƏ MÜXBİRİ AZƏR KƏRİMLİNİN RƏQİBİNƏ QARŞI PİAR APARIR – FOTOFAKT

İTV-NİN BÖLGƏ MÜXBİRİ AZƏR KƏRİMLİNİN RƏQİBİNƏ QARŞI PİAR APARIR – FOTOFAKT

Azinforum.az xəbər verir ki, 112 saylı Qax seçki dairəsində gedən seçki yarışmasında gərgin anlar yaşanır. Artıq mübarizə iki real namizəd arasında aparılır.  Namizədlərdən biri olan və hazırda Qax rayonundan aldığı deputat mandtaı hesabına parlamentdə əyləşən Azər Kərimli öz inzibati və maliyyə resurslarını işə salmaqla real namizədlərdən biri olan Paşa Məmmədovu neytrallaşdıra bildi. Paşa Məmmədov öz açıqlamalarında bildirir ki, ona qarşı bütün qara piarı Azər Kərimli apartdırıb. Hazırda Paşa Məmmədov DSK-nın qərarı ilə  seçkidən kənarlaşdırılıb. Namizəd bunu təşkil edilmiş oyun saydığı üçün daha yuxarı instansiyalara şikayət ünvanlayıb.  Azər Kərimli də öz açıqlamasında dəfələrlə bildirib ki, ona qarşı qara piarı məhz Paşa Məmmədov apartdırır. Əslən İlusudan olan namizəd neytrallaşdırıldıqdan sonra, Azər Kərimli və onun muzdlu müdafiəçilərinin hədəfi dəyişib. Hazırda bütün resurslar gənc namizəd Əhməd Şahidovun sıradan çıxarılmasına yönəlib.

Qax rayonundakı seçkiqabağı təşviqat biabırçılığı barədə ölkənin bütün aparıcı media vasitələrində xəbərlər tirajlanır. Təbii ki, Azər Kərimlinin verdiyi pulların müqabilində onun reklamını edən saytlardan başqa. Hətta iş o yerə çatıb ki, Azər Kərimlinin reklamı işarəsi altında bəzi xəbər agentlikləri və saytar Əhməd Şahidova qarşı qara piarla məşğul olur və deputatlığa namizədə qarşı böhtan xarakterli məlumatlar yayırlar. Təəssüflər olsun ki, bizim bəzi həmkarlarımız da həmin böhtan və ağır hüquqi məsuliyyət yaradan məlumatları tirajlayırlar. Bunun cavabı bir ayrı yazıda olacaq…

Azər Kərimlinin müdafiəsində iştirak edən və digər namizədə qarşı qara piar aparanlardan biri də İctimai Televiziyanın bölgə muxbiri Rasim İslamovdur. Mövcud qanunvericiliyə görə, İTV-nin seçki təbliğatında tərəf kimi çıxış etməsi qanunaziddir. Rasim İslamov iddia edə bilər ki, o, Azər Kərimlini müdafiə etmir və ortaya İTV-nin deyil, öz vətəndaş mövqeyini qoyur.  Biz isə bu qənaətə gəlirik ki,  iki real namizəddən birini təhqir edib o birisi barədə heç nə yazmamaq ikincinin müdafiə olunması anlamına gəlir. Hələ bölgə müxbirinin açıqladığı münasibətdə namizədin ünvanına səsləndirdiyi hədyanlardan danışmırıq. Yəqin ki, İTV rəhbərliyi öz işçisinin seçki canfəşanlığına lazımi qiyməti verəcək.

it

Görün vəziyyət nə yerə çatıb ki, Azər Kərimlinin tərəfdarları hətta mövcud qanunvericiliyin tələblərinə riayət etmədən onun aktiv təbliğatını aparır, insanları təhqir edirlər. Bir müddət əvvəl biz Dövlət Gömrük Komitəsinin işçisi olan Nicat Muxtarlının bu yöndə olan “fəallığından” yazmışdıq. Həmin vaxt qeyd etmişdik ki, Nicat Muxtarlı Azər Kərimlinin seçki qərərgahının rəhbəri Kamal Muxtarlının oğludur. Azinforum.az-ın əldə etdiyi məlumata görə, bizim məlum araşdırmamızdan sonra Azərbaycan-Rusiya Gömrük Keçid Məntəqəsində çalışan Nicat Muxtarlı barəsində ciddi araşdırılma aparılır. Hətta onun hazırda işə buraxılmadığı da bildirilir.

nicat

 

qa

 

qa2

qa1

qa3

Azər Kərimlinin aktiv təbliğatçısı rolunda çıxış ednlərdən biri də özünü Facebook-dakı QAX səhifəsinin  admini kimi təqdim edən şəxsdir. Bu adam redaksiyamıza zəng edərək bizim niyə Qax səhifəsində məlumat paylaşdığımızla maraqlanıb. Biz də cavabında bildirmişik ki, buna qanunvericilik  və sözügedən qrupun paylaşım üçün açıq olması buna  icazə verilir.  Admin bildirdi ki,  Azər Kərimlidən tənqidi ilə bağlı heç nə verməyin! “Azadlıq” radiosunda çalışdığını deyən bu adam sonra bizə jurnalistikadan dərs keçməyə cəhd etdi. Biz isə ona başa saldıq ki, bunu Azər Kərimlinin istəyi ilə edirsənsə,  ona problem yaşada bilərsən. Çünki Azər Kərimli hara, “Azadlıq” radiosu hara?

Məqalədə adları şəkilələn şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın