Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İtlərinə toy edən iş adamından açıqlama: “Bizim buna haqqımız yoxdur?”

İtlərinə toy edən iş adamından açıqlama: “Bizim buna haqqımız yoxdur?”

“Qalib Qrup MMC” Azərbaycanlı iş adamı Qalib Mustafayevin itlərinə toy etməsi ilə bağlı yayılan videoya aydınlıq gətirib.

Qrumun baş direktoru Fuad Vəliyev AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən video montaj olunub:

“Stolun üstündəki tort başqa bir məclisdə olub. Tortla məclisin heç bir aidiyyatı yoxdur. Video montaj olunub. 4-5 nəfər oturub yemək yemişik. Bu qədər ağ yalan olar? Bütün dünyada itlərə paltar alırlar, kostyum geyindirənlər də var. Biz iş adamıyıq, 1200 nəfər adamı dolandırıq. Burada bizim zəngin istehsalatımız var. Prezidentin dəstəyi ilə çalışırıq ki, yeni iş yerləri açaq. Təəssüf ki, bunu gözləri götürməyən adamlar var. Biz işdən çıxardığımız insanlar var. Bütün bunlar da onların işidir.”

Fuad qeyd edib ki, adı itlərə toy etməkdə hallanan Qalib Mustafayev sahibkardır, şirkəti yaradan şəxsdir: “Biz onun işçiləriyik. Özümüz də zavodun həyətində oturmuşuq. Biz Azərbaycan bazarında sözümüzü demişik. Niyə ondan yazmırlar?”

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın