Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İtkin neftçilərin ailələrinə birdəfəlik yardım verilməsi başa çatdı

İtkin neftçilərin ailələrinə birdəfəlik yardım verilməsi başa çatdı

Dekabrın 4-də təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardımların ödənilməsi dekabrın 29-da başa çatıb.

Virtualaz.org SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış 15 000 manat məbləğindəki birdəfəlik maddi yardımlar Şirkətin “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunub.

Dövlət tərəfindən ayrılmış 15000 manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlanıb. Bu yardımların cari ilin sonuna qədər təqdim olunacağı planlaşdırılır.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın