Ana səhifə / Siyasət / İstefa verən vəzifəli şəxslərin yerinə onlar təyin olunacaq – Təqdimat

İstefa verən vəzifəli şəxslərin yerinə onlar təyin olunacaq – Təqdimat

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefa verib. Onların boş qalan vəzifələrinə Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında təyinatlar olacaq.

“Yeni Sabah” həmin boş qalan yerlərə təyin olunacaq namizədlərdən ikisinin kimliyini öyrənib. Palatadan saytımıza bildirilib ki, boş qalan 4 vəzifə yerindən ikisinə Vəfa Mütəllimova və Cavid Bayramov təyin olunacaq. Artıq onlarla bağlı lazımi təqdimatlar Milli Məclisə göndərilib.
V.Mütəllimova hazırda Palatada çalışır. O icmal büdcə və strateji təhlil şöbəsinin müdiridir.

C.Bayramov isə palatanın Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiridir. 

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …