Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “İstanbuldakı terror hadisəsi Türkiyəyə bir mesajdır” – MTN polkovniki

“İstanbuldakı terror hadisəsi Türkiyəyə bir mesajdır” – MTN polkovniki

Türkiyə PKK-nı bitirəcəyini bəyan etdi və bəyanatdan dərhal sonra terrora məruz qaldı

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, PKK-nın apreldən sonra başlarına nə gələcəyindən xəbərləri yoxdur. Yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar.

Türkiyəli nazirin bəyanatından sonra PKK terror aktı törətdi, nəticədə 44 nəfər həlak oldu. Bu terror aktında PKK canlı bombadan istifadə edib. Bu üsuldan isə PKK demək olar ki, istifadə etmirdi.

Türkiyədə baş verən terror aktı barədə keçmiş MTN polkovniki İlham İsmayıl Ölkə.Az-a danışıb: “Bu terror aktı Türkiyə hökumətinə xəbərdarlıq deyil. Türkiyədə terror olayları yeni hadisə deyil. Terror Türkiyədə 1982-83-cü ildən bəri baş verir. Sadəcə son terror olayında yeni xətt, yeni üslub görünür.

15 iyuldan sonra da insan tələfatı ilə nəticələnən terror hadisəsi baş vermişdi. HDP lideri Səlahəddin Dəmirtaşın həbsindən sonra bu cür terror aktının olacağı gözlənilirdi. Türkiyənin xüsusi xidmət orqanları xəbərdarlıq etmişdi ki, terror aktına hazırlıq görülür. İnsanların gur toplaşdığı yerlər nəzarətə götürülmüşdü. Sadəcə terroçular PKK-ya xas olmayan yeni metodlara əl atıblar. Canlı bombadan PKK heç zaman istifadə etməyib. Bu çox nadir hallarda baş verib. PKK adətən bomba yüklü avtomobillərdən istifadə edib, tələlər qurub. Suriya hadisələri başlayandan bəri PKK-nın metodu dəyişib. Canlı bomba təlimləri xüsusi bir önəm daşıyır və bu hazırlıqlar Suriyanın ərazisində aparılır. PKK canlı bombalarını Kandildə, Şimali İraqda hazırlamır, Suriyada hazırlayır. Bu, Türkiyə üçün yaxşı hal deyil.

İstənilən terror aktı hansısa bir siyasətə cavabdır. Türkiyə son zamanlar Qərbdən uzaqlaşan siyasət xətti izləyir. Qərbdən uzaqlaşdıqca Türkiyəyə lazımi məlumatlar gec çatır. Nəzərə almaq lazımdır ki, ABŞ və İsrail xüsusi xidmət orqanlarının məlumatları son ana qədər izləndi və nəticədə Abdullah Öcalan Türkiyəyə təslim edildi. Türkiyə siyasəti üçün Qərb prioritet olmayacaqsa, bu cür hadisələrin qarşısının alınması çətinləşəcək. Çünki informasiya sahəsində əməkdaşlıq olmayanda bu cür terror hadisələrinin qarşısını almaq olmur.

Deyirlər, MİT-in kifayət dərəcədə təcrübəsi var. Bu təcrübəyə baxmayaraq radikal islamçılar arasında İsrail xüsusi xidmət orqanlarının informasiya mənbələri çox şeydən xəbər verir. Son metodu da elə belə demədim. Canlı bomba radikal dindarlara məxsus məsələdir. Siyasi, milli mübarizə aparan terror təşkilatlarına məxsus deyil. Artıq bu üslub PKK-ya da keçir. Buna görə də, Türkiyənin xüsusi xidmət orqanları hələ uzun müddət çətinlik çəkəcək. Bu çətinliyi də aradan qaldırmaq üçün Qərb, ABŞ və İsraillə həm siyasi, həm də informasiya mübadiləsində yaxınlaşma lazımdır”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın