Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İsrail rəsmisi: “Azərbaycanın ölkəmizdə səfirliyini açacağına ümid edirik”

İsrail rəsmisi: “Azərbaycanın ölkəmizdə səfirliyini açacağına ümid edirik”

“Son 30 ildə Azərbaycan-İsrail münasibətlərində bir çox nailiyyətlər əldə edilib. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətlərin tarixi mərhələsidir”.

“Report” xəbər verir ki, bunu sözügedən nümayəndəliklərin açılış mərasimində çıxış edən İsrailin turizm naziri Yoel Razvozov deyib.

“Yaxın gələcəkdə İsraildə Azərbaycanın səfirliyinin də açılacağına ümid edirik. Fürsətdən istifadə edib bu vacib qərarı verdiyi və əlaqələrimizi möhkəmləndirdiyinə görə Prezident Əliyevə təşəkkür edirəm. Həmçinin iki ölkə arasındakı münasibətlərin qurulmasındakı roluna görə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova da minnətdarlığımı bildirirəm. O, İsraillə bağlı siyasətdə ilk günlərdən var və biz həmişə onun dürüstlüyündən, dostluğundan zövq almışıq. O həmçinin Yəhudi icmasına da çox kömək edib. Mən həmçinin maliyyə nazirimiz Aviqdor Libermana da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafı üçün göstərdiyi əhəmiyyətli səylərə görə təşəkkür edirəm”, – deyə, o qeyd edib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …