Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “İslam dövlətləri, müsəlman xalqları terrorla eyniləşdirilir” – Əli Həsənov

“İslam dövlətləri, müsəlman xalqları terrorla eyniləşdirilir” – Əli Həsənov

“Dağlıq Qarabağ münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var. Çünki zaman-zaman ermənilər öz təbliğatlarını həyata keçiriblər”.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Ə.Həsənov bildirib ki, Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var:

“Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür. Misal üçün, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasətləri, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə də hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir”.

PA-nın şöbə müdiri əlavə edib ki, bu gün dünyada İslam dininə qarşı çirkin kampaniya aparılır: “İslam dövlətləri, müsəlman xalqları terrorla eyniləşdirilir. Onların mədəniyyətləri və dəyərləri inkar olunur”.(Trend)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …