Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İŞİD-dən şok ÇAĞIRIŞ: “İstanbulu fəth edin!” – VİDEO

İŞİD-dən şok ÇAĞIRIŞ: “İstanbulu fəth edin!” – VİDEO

“İslam dövləti”  (İŞİD) terror təşkilatı yaydığı videoda Türkiyədəki insanları cihada və İstanbulu fəth etməyə çağırıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, daha əvvəl bir neçə dəfə Türkiyəni təhdid edən İŞİD yaydığı video ilə Türkiyədəki insanlara cihad çağırışı edib. Videoda danışan İŞİD əmiri isə keçən il Türkiyədən İŞİD-ə qatılıb. Prezident Rəcəb Tayyib Ərdoğan üçün təhqiramiz ifadələrin yer aldığı videoda, Ankaranın ABŞ liderliyindəki anti-İŞİD koalisiyaya qoşulması tənqid olunur. Türkiyədəki İŞİD tərəfdarlarına ünvanlanan videoda, türkiyəli bir İŞİD yaraqlısının türkcə danışdığı da diqqət çəkib.

“Ey Türkiyə xalqı, qiyam qaldırın!”

Türkiyə xalqına səslənən İŞİD əmiri danışmasına belə davam edib:

“Ey Türkiyə xalqı, vaxt keçmədən sizin bu ateistlərə, xaçlılara və sizi aldadıb xaçlılara kölə edənlərə qarşı qiyam qaldırıb onlarla bir an əvvəl döyüşməniz lazımdır. Bundan əvvəl də bu xainlərin və yoldaşlarının başınıza bəla olmasına səbəb olanlardan tövbə faktoru lazımdır. Demokratiyanı, dünyəviliyi, bəşəri qanunları, qəbirpərəstliyi və bunların xaricindəkiləri inkar edin. O vaxta kimi ki, döyüşünüz Allah yolunda cihad və ölüləriniz Allah qatında şəhid olsun.

Və döyüşünüz lənətlənmiş cahilliyə döyüşü, ölülərinizdə ateist və xaçlılarla birlikdə atəşdə olmasın. İman edənlər Allah yolunda döyüşərlər. O halda şeytanın dostlarına qarşı döyüşün; şübhə yoxdur ki, şeytanın qurduğu nizam zəifdir”.

“İstanbulu fəth edək!”

“Əbubəkr əl-Bağdadinin Allah onu qorusun əmri ilə gecə-gündüz xaçlılara təslim edilmək üçün mübarizə edilən İstanbulu fəth edək” çağırışı edən İŞİD əmiri, “Allahım qövmümü tövhidə, cihada və islam camaatına çatdır. Atatürkün yolunda gedib Allahın şəriətinin xaricində qanunlar çıxararaq, xaçlıları, mürtədləri və ateistləri dost əldə edərək özlüyündə hakim olanlar. Allaha tövbə edin, onun şəraiti ilə hökm edin və İbrahimin millətindən olduğunuzu elan edin.

Müsəlmanlara kömək edin, Allahı inkar edənlərlə döyüşün. Bunu etməsəniz, axirət əzabından əvvəl dünya alçaqlığını gözləyin. Ey Türkiyədəki qardaşlarımız!

Harada olsanız olun və imkanlarınız nisbətində dövlətiniz olan xilafət dövlətinə kömək edin. Buralara hicrət edib qanları və canları ilə xəlifəmizə və xilafət dövlətinə kömək edən qardaşlarınız kimi sizi də bu dövlətə köməyə çağırırıq. Allaha təvəkkül edin. Xilafətə kömək etməkdə tələsik davranın”, – deyib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın