Ana səhifə / Siyasət / İŞİD Azərbaycanın qoşulma ehtimalı olan koalisiyanı hədələdi

İŞİD Azərbaycanın qoşulma ehtimalı olan koalisiyanı hədələdi

İŞİD terrorçulara qarşı yeni koalisiya yaradıldığına görə Səudiyyə Ərəbistanı terror aktları törətməklə hədələyib.

ANS PRESS-in məlumatına görə, bu barədə İŞİD-in fəaliyyəti ilə bağlı gündəlik məlumatlar saytında yazılıb. Bildirilir ki, Riyadda 34 ölkənin işitrakı ilə koalisiyanın yaradılması İŞİD terrorçularını hiddətləndirib.

Terrorçular Səudiyyə Ərəbistanı və koalisiyaya üzv digər ölkələrdə terror aktları törədəcəkləri barədə xəbərdarlıq ediblər.

Dekabrın 15-də Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.

İslam koalisiyasının yaradılması üçün müzakirələr gedərkən

Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.

Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. “Koalisiya fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq ”, deyə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin-Salman bildirib.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyaya 65 ölkə daxildir.

Azərbaycanın “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulmasına dair müzakirələr aparılır. Bu barədə ANS PRESS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

 

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub.

“Azərbaycan qanunlarına uyğun olaraq ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hal-hazırda məsələyə baxılır”, H.Hacıyev bildirib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın