Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu – Video

İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu – Video

BAXCP sədrinin müavini, ictimai fəal Niyaməddin Orduxanlı “söyüş ünsürü” Vidadi İsgəndərlinin vaxtilə türmədən yazdığı məktubunun surətini yayıb.

Axar.az xəbər verir ki, ictimai fəal V.İsgəndərlinin “köhnə rəisinin” tapşırığı ilə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevi hədəfə çıxartdığı üçün bu addımı atdığını bildirib.

“Rusiya agenti kimi ifşa edilən, qardaşı tərəfindən şizofrenik adlandırılan Vidadi köhnə rəisinin tapşırığı ilə yenə Qüdrət bəyi ittiham edir, onun ünvanına ağzına gələni danışır. Ancaq demir ki, qardaşlarının Vidadi həbsdən çıxdıqdan sonra özünü adam kimi aparacağı təminatı və xahişi ilə həbsdə olanda onun ailəsinə kim kömək edib və Qüdrət bəyin yardımını ailəsi niyə qəbul edib? Həbsdən çıxandan sonra özünə 50.000 dollarlıq, Qüdrət bəyin yanında işləyən bacısı qızına “Hunday” markalı maşını hansı pulla almışdı? Qüdrət bəyə, özünün də dediyi kimi, qardaşım deyə müraciət edərək qızına məktəbə getmək üçün paltar almağı xahiş edəndə Qüdrət bəyin pullarının mənbəyi onu düşündürmürdü?” – N.Orduxanlı qeyd edib.

O, həmçinin Vidadi İsgəndərlinin 3 qardaşı qızını Qüdrət bəyin yanına göndərməsini xatırladıb:

“Onları işə kim düzəltmişdi? Ağır xəstə olan qardaşının müalicəsini kim təşkil etmişdi?”

N.Orduxanlı V.İsgəndərlini “qardaşının yas mərasiminə verilən pulları mənimsəyən biri” adlandırıb və belə şəxsdən hər şey gözlədiyini də bildirib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …