Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İsgəndər Həmidovun qurduğu partiya özünü buraxdı – BƏYANAT

İsgəndər Həmidovun qurduğu partiya özünü buraxdı – BƏYANAT

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.

Bu, Tufan Kərimin sədrlik etdiyi, 2004-cü ildən fəaliyyət göstərən və 2008-ci ildə rəsmi olaraq qeydiyyata alınan Azərbaycan Milli Demokrat Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Qeyd edək ki, AMDP 1992-ci ildə Azərbaycan Respublikasının keçmiş daxili işlər naziri (1992-1993) İsgəndər Həmidov tərəfindən AXC bazasında qurulub. 1995–2003-cü illərdə İsgəndər Həmidov həbsdə olduğu üçün partiya rəsmi olaraq qeydiyyata alınmayıb.

Bəyanatı mətnini olduğu kimi təqdim edirik:

“2004-cü ildə yüzlərlə demokratik fikirli və ali dövlətçilik dəyərlərinə sadiq vətəndaşımızın birliyi ilə qurulan Azərbaycan Milli Demokrat Partiyası ölkəmizdə həyata keçirilən siyasi proseslərdə aktiv iştirakı ilə fərqlənıb. Yarandıqdan qısa müddət sonra sürətlə təşkilatlanan Azərbaycan Milli Demokrat Partiyası ölkəmizdə müxtəlif vaxtlarda keçirilən parlament seçkilərinə vahid namizədlə qatılıb, seçkiöncəsi imzatoplama, təbliğat və təşviqat işlərində seçicilərdən böyük dəstək aləb.

Partiyamız ölkədə həyata keçirilən çoxşaxəli siyasətin müxtəlif aspektləri ilə bağlı davamlı olaraq ictimai maarifləndirmə işləri aparıb, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması üçün müxtəlif mətbuat orqanlarında təkliflər və təşəbbüslərlə çıxış edib.

ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

2018-ci ildən ölkəmizdə başlanan yeni islahatlar dalğası Azərbaycan Milli Demokrat Partiyasının da fəaliyyətinin daha aktiv fazaya keçməsini şərtləndirib. Partiyamız ölkədə həyata keçirilən böyük əhəmiyyətli siyasi proseslərin əsas iştirakçılarından biri olub. Xüsusən, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən mütərəqqi siyasi partiyalar arasında formalaşdırılan yeni dialoq mühitində təmsil olunan Azərbaycan Milli Demokrat Partiyası ayrı-ayrı tədbirlərdə, görüşlərdə, aksiyalarda fəal iştirak edib.

Siyasi plüralizmi, söz və fikir azadlığını təqdir edən Partiyamız dövlət başçısı İlham Əliyev tərəfindən başladılan yeni islahatlar dalğasını və onun müsbət nəticələrini hər zaman təqdir etmişdir. İnsanlarımız arasında milli birlik, müxtəlif siyasi partiyalar arasında isə dövlətimizin inkişafı naminə siyasi həmrəylik son dövrlərdə ölkəmizi daha da gücləndirib, xalq, ordu, milli fikir birliyi dövlətimizi bizə qarşı olan tarixi ədalətsizlikləri aradan qaldırmaq üçün yenilməz gücə çevirib.

44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər ölkəmizin beynəlxalq nüfuzunu artırıb, Azərbaycanı qalib dövlətə çevirmiş və regionumuzda maraqları toqquşan dövlətləri Azərbaycanla hesablaşmağa məcbur etmişdir. Bu, Partiyamızın da əsas niyyət və məramı olub. Hesab edirik ki, qazanılan böyük qələbələr təkcə ərazi bütövlüyümüzü təmin etməyib, həm də insanlarımızın rifah halının yaxşılaşmasına, onların hüquq və azadlıqlarının yüksək təminatına və aktiv siyasətlə məşğul olan insanların dövlətimizlə, bugünkü legitim hakimiyyətlə fikir birliyinin yaranmasına səbəb olub.

Belə bir tarixi məqamda Azərbaycan Milli Demokrat Partiyası dövlətlə, hakimiyyətlə fikir birliyində olduğunu bəyan edir, üzvlərimizin qərarı ilə partiyamızın fəaliyyətinə son qoyulduğunu bildiririk.

Əminik ki, üzvlərimiz bundan sonra da ölkəmizdə demokratik ənənələrin daha da dərinləşməsi, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, siyasi proseslərin qanunvericiliyə uyğun həyata keçirilməsi yolunda öz fəal vətəndaş mövqelərində qalmaqda davam edəcəklər”.

WhatsApp Image 2023-04-14 at 14.57.24 (1).jpeg (192 KB)

Musavat.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …