Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İşçi Qrupu Əfv Komissiyasına müraciət etdi – AÇIQLAMA

İşçi Qrupu Əfv Komissiyasına müraciət etdi – AÇIQLAMA

“Biz bununla bağlı Əfv Komissiyasına müraciətlərimizi etmişik”.

Bunu Hafta.az-a açıqlamasında İşçi Qrupun üzvü Səidə Qocamanlı deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, İşçi Qrup üzvləri müqəddəs Ramazan bayramı münasibətilə növbəti əfv sərəncamını gözləyirlər:

“Ramazanda əfv sərəncamının olacağını gözləyirik. Amma bu ölkə başçısının səlahiyyətində olan bir məsələdir. Biz bununla bağlı Əfv Komissiyasına müraciətlərimizi etmişik. Yekun siyahı orada hazırlanır”.

Səidə Qocamanlı İşçi Qrupunun son aylardakı fəaliyyətindən də danışıb:

“İşçı Qrupun növbəti toplantısı hələ ki, gözlənilmir. Çünki indi yay vaxtıdır. Yay aylarında adətən İşçi Qrup nadir hallarda toplanır. Amma üzümüzə gələn aylarda növbəti toplantılar keçirəcəyik”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv sərəncamını bu il martın 18–də imzalayıb. Bu sərəncamla 97 nəfər məhbus azadlığa buraxılıb.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın