Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İSBAM sədri Samir Adıgözəlli Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb – FOTO

İSBAM sədri Samir Adıgözəlli Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb – FOTO

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM)  rəhbəri Samir Adıgözəlli Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyevlə görüşüb.

Bu barədə məlumat verən S.Adıgözəlli bildirdi ki, görüş zamanı Azərbaycan və Türkmənistan arasında mövcud əlaqələr barədə geniş müzakirələr aparılıb.

“İki dövlət arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafı barədə müzakirələr apardıq. Görüşdə, həmçinin, Azərbaycan və Türkmənistanın ictimai təşkilat və birliklərinin, vətəndaş cəmiyyətinin bu məsələdə oynadığı və oynaya biləcəyi rol, görməli olduğu işlər önə çəkilib vurğulandı. Hər iki ölkənin ictimai sektorunun əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması, o cümlədən də Türk dünyasının birliyi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıldı”.

S.Adıgözəlli vurğuladı ki, rəhbərlik etdiyi təşkilat və onun fəaliyyət istiqamətləri haqqında səfirə məlumat verib və səfir də, öz növbəsində, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə öz təbriklərini çatdırıb. İSBAM rəhbəri tərəfindən səfirə Şuşa ilə bağlı xatirə hədiyyəsi təqdim edilib.

Görüşdə, həmçinin, İSBAM sədrinin müavini Natiq Bədəlov və qurumun departament rəhbəri Şahin Həsənov da iştirak edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …