Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İSBAM rəhbərliyi Şimali Kipr Türk Cumhuriyyetinin Bakı Təmsilçisi ilə görüşüb

İSBAM rəhbərliyi Şimali Kipr Türk Cumhuriyyetinin Bakı Təmsilçisi ilə görüşüb

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Şimali Kipr Türk Cumhuriyyetinin Bakı təmsilçisi Növbər Ferit Veçhi ilə görüşüb.

Bu haqda İSBAM mətbuat xidməti məlumat verib.

İSBAM sədri Samir Adıgözəlli görüşdə Azərbaycan və Şimali Kiprlə mövcud əlaqələr barədə geniş müzakirələr aparıb. İki qardaş Türk Cumhuriyyeti arasında iqdisadi, siyasi, mədəni və təhsil sahəsində əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılmışdır. Həm Azərbaycan həm şimali Kipr Türk Cumhuriyyeti vətəndaş cəmiyyəti sektorunun qarşılıqlı əməkdaşlığı barədə eyni zamanda Türk dünyasını əhatə edən bir sıra layihələr haqqında təkliflər irəli sürülmüşdür.

Şimali Kipr Türk Cumhurriyeti Bakı təmsilçisi Növbər xanım ziyarət üçün təşəkkür edərək Qarabağda Azərbaycan ordusunun qazandığı qələbə sevincini bölüşmüşdür. Eyni zamanda iki qardaş ölkə arasında birliyi daha da yaxınlaşdıran ictimai təşşəbbüslərin dəstəklədiklərini qeyd edib.

İSBAM rəhbəri tərəfindən Növbər Ferit Veçhiye Şuşa ilə bağlı xatirə hədiyyəsini təqdim edilib. Görüşdə həmçinin İSBAM sədrinin müavini Natiq Bədəlov, sədrin müşaviri Yasəmən Möhübbətqızı, qurumun departament rəhbəri Şahin Həsənov və Boyukmillet.com informasiya portalının redaktoru Sima Babayeva iştirak ediblər.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi – Video

“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda …