Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İSBAM rəhbərliyi rəsmi Kiyevə dəstəyinə görə minnətdarlıq etdi – VİDEO

İSBAM rəhbərliyi rəsmi Kiyevə dəstəyinə görə minnətdarlıq etdi – VİDEO

Bu gün İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) rəhbərliyi Ukraynanın ölkəmizdəki səfirliyinin önündə tədbir keçirib.

Mərkəzdən verilən məlumata görə, səfirlik qarşısında İSBAM sədri Samir Adigözəlli çıxış edərək, Tovuz istiqamətdə baş verən döyüşlərdə dost Ukrayna Respublikasının Azərbaycana göstərmiş olduğu siyasi dəstəyə görə təşəkkür edib.

Eyni zamanda, mərkəzin rəhbərliyi rəsmi Kiyevin və xalqının ədalətli mövqeyini həzm edə bilməyən ermənilərin Ukraynanın İrəvandakı səfirliyinə hücumu sərt şəkildə qınayıblar.

Daha sonra İSBAM üzvləri səfirliyin qapısına gül dəstəsi düzüblər.

Bundan sonra səfirliyin nümayəndəsi İSBAM rəhbərliyi ilə görüşüb.

Görüşdə qarşılıqlı müzakirələr aparılıb.

img

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …