Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / İSBAM RƏHBƏRİ SAMİR ADIGÖZƏLLİDƏN CƏBHƏDƏKİ VƏZİYYƏTLƏ BAĞLI AÇIQLAMA

İSBAM RƏHBƏRİ SAMİR ADIGÖZƏLLİDƏN CƏBHƏDƏKİ VƏZİYYƏTLƏ BAĞLI AÇIQLAMA

Müdafiə Nazirliyindən verilən məlumata əsasən bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozmuşdur. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.


Hadisə ilə bağlı İSBAM rəhbəri Samir Adıgözəlli, ordumuzun şəhid olan hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verdiyini bildirib. Yaralı əsgərlərə isə Tanrıdan şəfa diləyib. Bu həssas dönəmdə ordumuzun, xalqımızın, Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu bildirib.

Daha sonra Samir Adıgözəlli Boyukmillet.com-a açıqlamasında əsgərlərimizdə döyüş ruhunun yüksək olduğunu, xalqımızın vətənpərvər və hər zaman ordumuzun yanında olduğunu bildirib. İstənilən istiqamətdə ordumuzun düşmənin həmləsinin qarşısını alacağını qeyd edib.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …