Ana səhifə / Siyasət / İSBAM-ın sədr müavini mükafat alıb

İSBAM-ın sədr müavini mükafat alıb

Tanınmış diaspor fəalı, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədr müavini Natiq Bədəlov mükafatlandırılıb. Ona Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən Milli Ordunun yaranmasının 100 illiyi münasibətilə medalı təqdim edilib.

Qeyd edək ki, Natiq Bədəlov Tatarıstan Milli Elmlər Akademiyasının akademikidir. O, Rusiyada Azərbaycan diasporunun təşkilatlanmasında yaxından iştirak edib. 1993-1994 -ci illərdə Ümummili lider Heydər Əliyevin çağrışı ilə cəbhə bölgəsinə dəfələrlə humanitar yardım göstərilməsində yaxından təşkilatçı olub. Tatarıstan Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Tatarıstan prezidenti tərəfindən dəfələrlə təltiflərə layiq görülüb. Natiq Bədəlovun 60 illik yubileyidir . Boyukmillet com informasiya portalının kollektivi adından Natiq Bədəlovu həm yubileyi münasibətilə həmdə yeni təltif münasibəti ilə təbrik edirik.

Sima Babayeva

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …