Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İsa Qəmbər məhkəməyə müraciət etdi: Bu qədər pensiya istəyir

İsa Qəmbər məhkəməyə müraciət etdi: Bu qədər pensiya istəyir

Ali Sovetinin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər ona təyin edilən 180 manat müavinətin məbləği ilə razılaşmayaraq, bu gün məhkəməyə müraciət edib. 

Bu barədə Cebhe.info-ya İsa Qəmbərin vəkili Nemət Kərimli məlumat verib: 

“Bu gün iddia ərazisi Bakı İnzibati Məhkəməsinə  göndərildi”. 

Vəkil ərizədə Milli Məclisin Sədrinin maaşının 80 faizi miqdarında pensiya tələbi qoyulduğunu açıqlayıb:

“Konkret olaraq məbləğin nə qədər təşkil etdiyini bilmirəm. Biz ərizədə qanunla müəyyən edilən kimi tələb qoymuşuq. Yəni Sədrin maaşının qeyd olunan qədəri istənilir”. 

Milli Məclisin sabiq sədri İsa Qəmbərin mövqeyini çatdıran vəkili Nemət Kərimli həmçinin bildirib ki, iddia ərizəsində mülkiyyət hüququnun pozuntusunun tanınması tələbi də yer alıb. O, məhkəmənin müddətinin uzadıla biləcəyini istisna etməyib. 

Nemət Kərimli İsa Qəmbərə 180 manat pensiya təyin edilməsini vəkili sosial müavinət kimi dəyərləndirib. Vəkil Xalid Ağəli isə İsa Qəmbərin Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş yüksək vəzifəli şəxs olduğunu bildirib. İsa Qəmbərin pensiya məsələsi həllini tapmasa, Avropa Məhkəməsinə müraciət edəcəyi də gözlənilir.

Qeyd edək ki, “Milli Məclis deputatının statusu haqqında” Qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …