Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İsa Qəmbər klinikada müalicə olunur

İsa Qəmbər klinikada müalicə olunur

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Almaniyada klinikaya yerləşdirilib, ürəyindən müalicə olunur.

Məlumatı aprelin 9-da Novator.az-a İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər verib. Onun sözlərinə görə, aprelin 8-də İsa Qəmbərlə telefonla danışıb: “İsa bəyin səhhəti yaxşıdır, müalicə kursu uğurla keçir”.

İsa Qəmbər bu ilin yanvar və fevral aylarında Bakıdakı Mərkəzi Klinik Xəstəxanada, fevralın sonundan mart ayının ortalarınadək Türkiyə paytaxtı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında müalicə olunub, aprelin 4-də Almaniyaya gedib. 61 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …