Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İşə prokurorluq da qarışdı – Şəmkir məktəbindəki “seks videosu” məsələsi böyüyür

İşə prokurorluq da qarışdı – Şəmkir məktəbindəki “seks videosu” məsələsi böyüyür

Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və məktəbin keçmiş laborantı Xatirə Əliyevanın məsələsi Şəmkir Rayon Prokurorluğunda araşdırılır.
Mia.az xəbər verir ki, bu barədə Ölkə.Az-a Şəmkir təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib: “Təhsil Nazirliyi, təhsil şöbəsi məsələnin təhsilə aid hissəsini araşdırmaqla məşğuldur, digər iddialarla bağlı məsələ isə rayon prokurorluğunda araşdırılır. Araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Xatırladaq ki, X.Əliyeva məktəb direktorunu ona əxlaqsız təklif etməkdə ittiham etmişdi. Direktor Akif Namazov isə öz növbəsində Əliyeva barəsində qeyri-etik ifadələr səsləndirmiş, onun təhsil ocağının notbukunda seks videolara baxdığını bildirmişdi.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın