Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İşə düzəltmək adı ilə pul alan “jurnalist” tutuldu – Ağcabədidə 

İşə düzəltmək adı ilə pul alan “jurnalist” tutuldu – Ağcabədidə 

Ağcabədidə dələduzluqla məşğul olan rayon sakini saxlanıb. Rayon polis şöbəsindən Cebhe.info-ya verilən məlumata görə, rayonun Avşar kənd sakini, 1968 ci ill təvvəlüdlü Şirinov İlqar Zakir oğlu rayon sakinlərinin şikayəti əsasında tutulub. Özünü jurnalist kimi təqdim edən İlqar Şirinov bir neçə rayon sakinini aldadaraq onları işə düzəltmək adi ilə ümümlikdə 10 min manatdan cox pul alıb. Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Şirinov tutularaq istintaqa cəlb edilib. Onun barəsində CM 178 .1.2 maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, İlqar Zakir oğlu Şirinov özünü Press.info saytının bölgə muxbiri kimi təqdim edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın