Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “İranla gərginlik başa çatıb” – NAZİR

“İranla gərginlik başa çatıb” – NAZİR

“Sirr deyil ki, bir neçə ay bundan öncə İranla Azərbaycan arasındakı münasibətlərdə bəlli gərginlik yaşanıb. Yaxşı xəbər ondan ibarətdir ki, bu gərginlik qısa çəkib. Arada bəlli bir anlaşılmazlıq olub. Həmkarımla görüş zamanı bu anlaşılmazlığın aradan qaldırılması, münasibətin inkişafı olub”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

“Bu mənada, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında olan görüşün xüsusi əhəmiyyətini vurğulamaq istəyərdim. Çox səmimi, açıq iki dost dövlətin prezidentlərinin geniş spektrli görüşü keçirilib”, – nazir bildirib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …