Ana səhifə / Siyasət / İrandan  İrəvana xəbərdarlıq – “Reaksiyamız sərt olacaq”

İrandan  İrəvana xəbərdarlıq – “Reaksiyamız sərt olacaq”

İran Ermənistanın atdığı mərminin ölkəsinin ərazisinə düşməsi ilə bağlı rəsmi  İrəvana xəbərdarlıq edib.

“Qafqazinfo” İran KİV-ə istinadən xəbər verir ki, İran hökuməti qondarma Dağlıq Qarabağdan gələcək istənilən aqressiyaya sərt reaksiya verəcəyini bəyan edib.  Ermənistan isə aprelin 3-ü yaşanan insidentin təkrarlanmayacağına söz verib.

Hazırda mərminin düşdüyü İranın Şərqi Azərbaycan vilayətinin sərhədində təhlükəsizlik bərpa edilib.

Xatırladaq ki, erməni ordusunun Azərbaycanın Füzuli rayonunun Qazaxlar kəndinə atdığı qrad mərmisi İran ərazisinə düşmüşdü.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın