Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İran XİN: “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür”

İran XİN: “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür”

“İran üçün qonşu ölkələrin ərazi bütövlüyü bütün hər şeydən vacibdir”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadənin bəyanatında deyilir.

Onun sözlərinə görə, regional əməkdaşlıq sülhün və sabitliyin əsasını təşkil edir. “Mövcud proseslər kollektiv əməkdaşlığa çevrilməlidir və bu yeganə çıxış yoludur”, – o vurğulayıb.

Xatibzadə qeyd edib ki, İran üçün qonşu ölkələrin inkişafı çox vacibdir. “Bütün qonşular başa düşməlidir ki, bölgədə inkişafa, sülhə və sabitliyə yalnız kollektiv əməkdaşlıqla nail oluna bilər”, – o əlavə edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …