Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İran mediasında Azərbaycana qarşı təxribat…

İran mediasında Azərbaycana qarşı təxribat…

İranda bəzi ifrat fars millətçi dairələrinin Azərbaycana qarşı əks-təbliğatının olması haqda daha əvvəllər də yazmışıq. Hələ də çox güclü olan bu qruplar İran milliyyətçiliyi xəttindən çıxış edirlər, İranda türklərin tarixini təhrif edirlər və xüsusən də Azərbaycana, yəni Azərbaycan Respublikasına qarşı qərəzli mövqeləri ilə seçilirlər.

Mərkəzi İranda yerləşən azariha.org saytında bu dəfə Qarabağ hadisələrini təhrif edən yazı qələmə alınıb. Yazıda ümumi olaraq, Qarabağda baş verən hadisələrə toxunulub. Bəzi hadisələr təhrif olunub, ancaq ən çox narahatlıq doğuran isə Azərbaycanın hərbi qüvvələrinin Xocalı qətliamında məsuliyyət daşıması ilə bağlı iddia olub. Yazıda qeyd olunur ki, Azərbaycan qüvvələri hadisələrdən sui-istifadə ediblər.

Sitat“Xocalı hadisələri Elçibəy tərəfdarları üçün ideal şərait yaratdı. Qarabağ hərbi qüvvələrinin gözlənilən hücumu barədə öncədən məlumatlı olmasına baxmayaraq, Bakının hərbi qüvvələrinin şəhər sakinlərinin vaxtında təxliyə olunmasında yubanmasını da hakimiyyət uğrunda uğursuz mübarizə ilə əlaqələndirmək lazımdır”.

Rəhim Qazıyev ile ilgili görsel sonucu

Yazıda həmçinin keçmiş müdafiə naziri Rəhim Qazıyevin məhkəmə ifadəsinə istinad edilərək, dinc sakinlərin təxliyəsinin mümkün olduğu, eləcə də xarici tarixçiyə istinad edilərək, Ağdamdakı qüvvələrin səhvən qaçan dinc əhaliyə atəş açdığı qeyd olunur. Bütün bu əsassız iddiaların birmənalı olaraq, yazılması və məsuliyyətin heç bir alternativ fikir olmadan Azərbaycanın üzərinə atılması, faktiki olaraq, Xocalı qətliamına görə erməniləri təmizə çıxarmaq, məsuliyyəti isə Azərbaycanın üzərinə atmaq cəhdidir.

irasn 1.jpg (61 KB)

Təbii ki, burada əsas məqsəd ermənilərin təmizə çıxarılmasından daha çox, Azərbaycanı və onun o zamankı rəhbərliyini “hədəf taxtası”na çıxartmaqdır. Qəribə də olsa, burada da təhrif var. Çünki Xocalı hadisəsi zamanı Azərbaycanın dövlət başçısı Ayaz Mütəllibov idi. Ancaq məsuliyyət o zaman müxalifətdə olan və iranlı müəlliflərin iddia etdiyi kimi, “hakimiyyət uğrunda mübarizə aparan” AXC rəhbərliyinin üzərinə qoyulur. Bu da sözügedən saytın əsas hədəfinin məhz Azərbaycanla yanaşı, o zamankı Xalq Cəbhəsinin olduğunu göstərir. Belə görünür ki, AXC liderlərinin İran düşmənçiliyi qonşu ölkənin millətçi dairələrində hələ də unudulmayıb və hər fürsətdə bunu ifadə edirlər. Yeri gəlmişkən, bu cür və oxşar iddialar bir neçə il əvvəl də İranda ortaya atılmışdı.

Hesab etmək olar ki, bu qüvvələr daha çox Azərbaycan və İran arasında münasibətlərin soyuq olmasına maraqlı olan, daha çox konfrontasiya yaşanmasını istəyən dairələrdir. Çünki İranın hazırkı dövlət başçısı, o cümlədən, prezident Həsən Ruhani Azərbaycanla münasibətlərin yaxşı olmasında maraqlıdır. Hazırda bu iki qonşu ölkə arasında birgə iqtisadi, enerji və nəqliyyat layihələri həyata keçirilir. Lakin o da aydındır ki, İranda hələ də ciddi şəkildə Azərbaycanla ideoloji düşmənçilik edən ifrat millətçi dairələr güclü və fəaldırlar.  (Musavat.com)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …