Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “İran hakimiyyəti azərbaycanlılara yardım edənləri həbsə atır“

“İran hakimiyyəti azərbaycanlılara yardım edənləri həbsə atır“

“İran 1965-ci ildən dövləti farsçılıq ideologiyası üzərində qurduğu üçün azərbaycanlılara qarşı assimlyasiya siyasətini dövlət siyasəti kimi həyata keçirir və azərbaycanlıları, türk amilini özünə dost hesab eləmir”. 

Bu sözləri Modertaor.az-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təmsilçisi, GünAz TV-nin qurucusu Əhməd Obalı deyib. 

Onun sözlərinə görə, azərbaycanlılar yalnız fars ideologiyasını qəbul edəndən sonra İran rejimi bizi özünə dost hesab edə bilər: “Hələlik, bizim əleyhimizə dövlət siyasəti davam edir.  Xoy zəlzələsində də İranın bizə bu qədər laqyed qalmasının kökü bundan qaynaqlanır. Digər tərəfdən, İran dövləti 1965-ci ildən Güney Azərbaycanla Türkiyənin arasını kəsmək üçün Güney Azərbaycanın Qərb bölgəsində kürd zolağı yaratmaq istəyib. Yəni, Naxçıvanla sərhəddən başlayıb Cənuba doğru kürd zolağı yaratmaq istəyib. Bunun 1975-ci ildə birinci etapını icra edib, 1980-ci illərdə isə bu, daha kəskin şəkildə davam edib. Sonralar isə PKK terrorçularını orada yerləşdiriblər.

“Üçüncü məsələ isə odur ki, həmin o zolaqda kürdləşdirmə siyasətini davam etdirmək üçün İranın nəzərində əlverişli şərait yaradılıb. Həmin o zolağın ortasında Xoy şəhəri və ətrafı yerləşir. İran hakimiyyəti də görürü ki, madam ki, zəlzələ olub, kəndlər dağılıb, fürsətdir ki, burada etnik təmizləmə siyasəti davam etsin. Yəni, Xoy və ətrafında Azərbaycan türklərinin sayı azalsın və ya tamamən buradan köçüb getsinlər. Onun üçün də bizə, azərbaycanlı olduğumuz üçün düşmənliyin davamı kimi yardım olunmur ki, sayımız azalsın. Bu baxımdan da bu siyasətin davamı kimi bu əlverişli vəziyyətdən istifadə edirlər”-deyə, güneyli fəal vurğulayıb. 

Müsahibimiz əlavə edib ki, hətta İran hakimiyyəti Suriyaya yardımlar edir, amma azərbaycanlılara yardım etmirlər: “Bizə xarici ölkələrdən gələn yardımın qarşısını alır, əlavə olaraq da azərbaycanıların ora göndərilən yardımlarına mane olur. Hətta bir neçə nəfəri yardım kampaniyasında iştirak etdiyinə görə, həbsə atıblar. Məsələn, Güneydə tanınmış futbolçu Kərim Baqirini yardım kampaniyası üçün bank hesab açdığına görə, hesabı bağlatdırıblar. Bir neçə güneyliləri də yardım kampaniyasına görə hədələyib və həbsə atıblar. Hətta, Xuzistan əyalətində Mahmud Kaabi, Razzaq Kanaani və Saddam Kaabi adlı 3 ərəbi azərbaycanlılara görə yardım kampaniyası apardığı üçün həbsə atıblar. Yəni, İran nə özü bizə yardım edir, nə də yardım edənlərə şərait yaradır”. 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …