Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “İran dövlətini qınayıram” – Demirtaşdan azərbaycanca PAYLAŞIM

“İran dövlətini qınayıram” – Demirtaşdan azərbaycanca PAYLAŞIM

Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Selahettin Demirtaş İrandakı etirazlara münasibət bildirib. 

Modern.az xəbər verir ki, hazırda həbsdə olan siyasətçinin mesajı onun tviter səhifəsində yayımlanıb. 

“Xalqların azadlıq istəyini şiddətlə, edamla basdırmağa çalışan İran dövlətini qınayıram. Hansı şiddət, hansı həbs, hansı ölüm haqq və azadlıq istəyini yox edə bilmişdir?”, – deyə paylaşımda qeyd edilib. 

Demirtaşın fikirləri, həmçinin türk, fars və kürd dillərində paylaşılıb. 

Qeyd edək ki, İranda sentyabr ayında 22 yaşlı Məhsa Əmininin hicab qaydasını pozmaq iddiası ilə polis tərəfindən saxlanıldıqdan sonra müəmmalı şəkildə ölümü geniş etirazlara səbəb olub. Rəsmilər gənc qızın ürək çatışmazlığından vəfat etdiyini bildirsə də, ailəsi övladlarının heç bir sağlamlıq probleminin olmadığını və döyülərək öldürüldüyünü bildirir. Ölkə üzrə etirazlar hələ də davam edir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …