Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İran Azərbaycandan Qarabağın “qisasını alır”

İran Azərbaycandan Qarabağın “qisasını alır”

İranın Xarici İşlər Nazirliyi sentyabrın 13-də diqqəti Xəzər dənizində Azərbayan-Türkiyə birgə təlimlərinin Xəzər dənizində bölgənin “sahil dövləti olmayan ölkənin hərbçilərinin iştirakına qoyulmuş qadağanın pozulmasına” yönəldib.

Bu günlərdə Xəzər hövzəsində Azərbaycan və Türkiyə təlimlərinin keçirilməsi ilə bağlı suala cavab verərkən, İran XİN rəsmi nümayəndəsi Səid Xətibzadə bəyan edib ki, «Xəzər dənizinin hüquqi statusu barədə» konvensiya (12 avqust 2018 il) buna dəqiq cavab verir. Xəzər hövzəsinin bütün 5 ölkəsi (Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan – Red.) razılaşıblar ki, bölgədə digər dövlətin hərbi iştirakı qanunsuzdur.

Bununla bərabər, rəsmi Tehranın nümayəndəsi qeyd edib ki, bu məsələ diplomatik kanallarla müzakirə olunur.

Xəbər verildiyi kimi, bundan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi birgə təlimlərin başa çatdığını bildirib.

Şübhə yoxdur ki, İranın (erməni dostu fars mollalarının!) bu bəyanatını Azərbayan tərəfin İran yük maşınlarının Azərbaycanın ərazisi olan Xankəndi ermənilərinə bizdən icazə almadan hərbi yük daşımasına etirazına gecikmiş cavab hesab etmək olar. Beləliklə, aydın olur ki, İran artıq erməni qardaşını açıq müdafiə etməyə və Azəbaycana qarşı açıq düşmənçilik siyasəti yeritməyə girişib.

Görünür, Cənubi Azərbaycan ayağa qalxmasa, mollaların ağlı başına gəlməyəcək. O zaman isə artıq gec olacaq…

Bu məqamda Allahşükürün gözündən iraq, bir salavat çevirmək lazım gələcək…

AzPolitika.info

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …