Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İran ABŞ sanksiyalarına müqavimət göstərə biləcəkmi – ŞƏRH

İran ABŞ sanksiyalarına müqavimət göstərə biləcəkmi – ŞƏRH

ABŞ Qətərə 3 milyard dollar dəyərində “24 AH-64E Apache” helikopteri satacaq. “Associated Press”in məlumatına görə, ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus “B-52” bombardmançı təyyarəsi Birləşmiş Ştatların Qətərdəki hərbi bazasına çatıb. Döyüş təyyarəsi İrana qarşı müqavimət üçün Qətərə göndərilib.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalar həlqəsini daraldır:

“Bununla yanaşı ABŞ bölgədə hərbi gücünü də genişləndirir. İrana qarşı həm hərbi, həm iqtisadi, həm də siyasi sanksiyalar artmaqdadır. Bu sanksiyalara qarşı Rusiya və Çin İranı müdafiə edə bilər. İran hakimiyyətinin yolu ABŞ ilə barışmaqdır. İran hazırkı vəziyyətdən çıxmaq üçün ABŞ-ın təklif etdiyi şərtləri qəbul etməlidir. Yaxın dövrdə İranda çox ciddi hadisələrin baş verəcəyi ehtimalı artır”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …