Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “İrəvan Türk Cümhuriyyəti Ermənistanın ərazi bütövlüyünü tanımır”

“İrəvan Türk Cümhuriyyəti Ermənistanın ərazi bütövlüyünü tanımır”

İrəvan Türk Cümhuriyyətinin növbəti konfransında regionumuzda baş verən gəlişmələrlə bağlı məsələ müzakirə edilib. 

Konfransı giriş sözü ilə açan İTC Millət Şurasının sədri Qafar Çaxmaqlı qeyd edib ki, 44 günlük böyük zəfərdən bir il keçməsinə baxmayaraq və ortada iki sənəd-Azərbaycan- Ermənistan və Rusiya dövlətləri arssında imzalanmış 10 noyabr 2020 və 11 yanvar bəyanatları olsa da Ermənistan bu bəyanatlatdan irəli gələn öhdəlikləri yerinə yetirmir. Belə bir situasiyada artıq səsləndirilmişdir ki, qarşıdakı günlərdə üçtərəfli görüş və yeni bir sənədin ortaya çıxacağı gözlənilir. Ehtimal ki, sülh sazişinə qədər mübahisə doğuran bəzi məsələlər müzakirə mövzusu olacaqdır. Putin tərəfindən ifadə edildiyi kimi Azərbaycandan bəzi güzəştlər tələb olunacaq. Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsində 1920- ci illərin xəritələri əsas götürülmək istənir. Azərbaycan Respublikası 1918-ci ildə elan olunan AXC-nin varisi olduğundan bu xəritələr qəbuledilməzdir və Ermənistan Sovet hakimiyyəti illərində Azərbaycanın elan olunmuş və beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazilərin böyük bir hissəsi  Ermənistana qanunsuz verilmişdir. Ermənistanın ərazisi 9 min kvadrat kilometrdən 29 min kvadrat kilometrə qədər genişləndirilmişdir. SSRİ dövründəki xəritələrlə ərazilərin demarkasiyası həyata keçirməyi diqtə etmək xalqımızın milli maraqlarına ziddir. Nəzərdə tutulan sülh sazişi ərəfəsində biz İTC olaraq kəskin mövqeyimizi ortaya qoymalıyıq.

Reginda baş verən proseslərlə bağlı məruzə edən professor Kamran Rustəmovun bu məsələ ilə təsbit və təklifləri dinlənilmiş və məruzə ətrafında müzakirələr aparılmışdır.

İTC Millət Şurasının üzvləri Əli Mustafa, Xətai Allahverdiyev, Abil Babaoğlu, Paşa Həsənli, Qurban Vahidov, Şahlar Hacıyev, Məxlüqə Qaramanlı, İradə Rzazadə,  Alı Alıyev, Əli Vəliyev, Afzəddin Nəbiyev və başqalarının çıxışlarında İrəvan Türk Cümhuriyyətinin mövqeyi ifadə olunmuşdur. Hər hansı sənəd qəbul olunsa belə, İTC Ermənistanın ərazi bütövlüyünü tanımır və Qərbi Azərbaycandan olan milyonlarla əhalimizin öz dədə baba yurduna geri dönüşü üçün bundan sonra da qərarlı mübarizəsini davam etdirəcək. İTC nin mövqeyi ilə bağlı xüsusi bəyanatın qəbul olunub ictimaiyyətə açıqlanması qərarı qəbul edilmişdir. Taleyüklü problemlərin həll edilməsində operativ hərəkət etmək üçün İTC nəzdində xüsusi qrupun da yaradılması məqsədə uyğun hesab edilmişdir. Konfrasda İTC-nin Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələri ilə bağlı müsbət gəlişmələrə də münasibət bildirilmişdir. KKTC- nın İTC tərəfindən tanınması ilə bağlı müzakirələrin aparılması qərarlaşdırılmışdır.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …