Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İrəvan-Ankara danışıqları niyə dayandı? – ŞƏRH

İrəvan-Ankara danışıqları niyə dayandı? – ŞƏRH

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində başlamış prosesdə son vaxtlar müəyyən durğunluq nəzərə çarpmaqdadır. Ankara və İrəvan arasında başlamış “normallaşma prosesi”ndə xüsusi təmsilçilərin təyini, Ermənistanda türk məhsullarına qoyulmuş embarqonun aradan qaldırılması və iki ölkə arasında müntəzəm uçuşlara icazə verilməsi ilə müşayiət olunan hərəkətlilik fevralın sonlarından durğunluqla əvəz olunub.

Ekspertlərə görə, yaranmış durğunluğa səbəb yenə də Ermənistan tərəfinin tutduğu mövqedir. Ehtimallara görə, bunun səbəblərindən biri normallaşma prosesində “açar” rolu olan Rusiyanın müharibə şəraitində olmasına görə Ermənistan və Türkiyə bu məsələni müvəqqəti gündəmdən çıxarıb. BBC-nin məlumatına görə isə   Ermənistanla sərhəddə yaxın çevrələrdə yolların genişləndirilməsinə hazırlıq görülür. Başqa bir ehtimal budur ki, İrəvan Ankara ilə münasibətləri qəsdən ləngitmə xətti tutub. Səbəb Ankaranı “sülh prosesindən” mümkün olduğu qədər məsafədə saxlamaqdır. İrəvan hələ ki real olmasa da, hansısa sülh sazişindən danışır, ATƏT həmsədrlərinin vasitəçiliyində israr edir.

İrəvan Türkiyə ilə təmasları səngitməklə Ankaranın sülh prosesinə aktiv müdaxiləsini əngəlləyəcəyini düşünür?

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli burada Qərb amilini bir qədər çox görür: “Ermənistanın dünyada ən qorxduğu ölkə Türkiyədir. Ermənilərdə türk dövlətinə qarşı patoloji nifrət və qorxu var. Onu da unutmayaq ki, Ermənistana erməni lobbisinin təsiri də çoxdur. Müasir Ermənistan dünya erməni lobbisindən siyasi-ideoloji, həm də maliyyə baxımından asılı vəziyyətdədir. Erməni lobbiləri də yaşadıqları Qərb ölkələrinin kəşfiyyat orqanlarının nəzarətindədir, onların tapşırıqlarını yerinə yetirirlər. Tarixən də Qərb maşa kimi erməniləri Türkiyəyə qarşı istifadə edib. Qarabağ prosesində də Türkiyənin siyasi-hərbi irəliləməsi Qərb dairələrini bərk narahat edir. Ona görə də Türkiyənin aktiv iştirakını istəmirlər. Bunun qarşısını almaq üçün də Qərb paytaxtları Ermənistandan istifadə edirlər. Bütün bunlardan irəli gələrək Ermənistan Türkiyənin prosesdən uzaqlaşmasının təlimatını alıb və bu təlimatı xaricdə məskən salan erməni lobbilərinin vasitəsilə yerinə yetirir. Həmçinin Türkiyə ilə Rusiya arasında tərəfdaşlıq da Qərbi bərk narahat edir. Cənubi Qafqazda Türkiyə ilə Rusiya ABŞ və Avropanı oyundankənar vəziyyətdə qoyub. Əsasən də Azərbaycan-Ermənistan münasibətlərinin həllində. Qərb kənarda qalıb. Qərb ölkələri projeləri olan Paşinyan iqtidarının vasitəsilə yenidən prosesə qayıtmaq istəyirlər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyanın daxili müxalifətdən çəkindiyini düşünür: “Doğrudur, Türkiyə-Ermənistan dialoqunda müəyyən qədər fasilə yaranıb. Bu da rəsmi Ankaranın günahı deyil, qardaş ölkə dialoqu davam etdirmək istəyir. Bu yöndə müəyyən addımlar da atıb. Uçuşların bərpası və digər məsələləri qeyd etmək olar. Ermənistan həm Rusiyadan, həm də daxili müxalifətdən ehtiyat edir. Çünki daxili radikal müxalifət hər cür Türkiyə ilə əlaqələrin əleyhinədir. Brüssel görüşü ilə əlaqədar İrəvanda böyük bir mitinq düzənlədilər. Türkiyənin də adını çəkdilər ki, bu ölkə ilə heç bir əlaqə qurulmasın. Paşinyan bundan da çəkinir. Rəsmi Ankara ilə dialoqu davam etdirməkdə sanki maraqlı deyil. Halbuki Türkiyə bütün məsələləri müzakirə etməyə hazırdır. Radikal müxalifət yenə də ”soyqırım” məsələsini gündəmə gətirir ki, Paşinyan bu mövzunu Türkiyə ilə müzakirələrdə qaldırmalıdır. Amma əvvəllər deyirdilər ki, bu məsələ ayrıdır, Türkiyə ilə əlaqələr isə tamam ayrıdır. Bir sözlə, çəkinirlər. Necə ki, Azərbaycanla sülh müqaviləsini imzalamağa Paşinyan çəkinir. Brüsseldə razılaşma var, amma bunu yerinə yetirməyə inam azdır. Əvvəl dedilər ki, Türkiyə ilə əlaqələri bərpa edək, sərhədlər açılsın. Qardaş ölkə razılıq verdi ki, müzakirə edək, addımlar ataq. Bundan sonra ehtiyat etməyə başladılar. Nəticədə də belə bir fasilə yarandı”.

Akif Nağı — Vikipediya

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Ermənistanın  heç bir nəticə qazanmayacağını söylədi: “Ermənistan həm Türkiyə, həm də Azərbaycanla münasibətdə hər hansı sənədi imzalamaqdan qaçır, daha çox vaxt qazanmağa çalışır. Ermənistan üzərinə imzalanmış sənədlə hansısa öhdəliyi götürmək istəmir. Bu, onların məlum ”erməni xəstəliyi” ilə bağlıdır, çürük erməni təbliğatının təsirindən heç cür xilas ola bilmirlər. Bu amili həmişə nəzərdə saxlamalıyıq. Konkret olaraq, Türkiyə ilə yaxınlaşmaq məsələsində durğunluğun yaranması həm yuxarıda dediyimiz amillə, həm də başqa məsələlərlə bağlı ola bilər. Müşahidələr göstərir ki, Rusiya amili həlledicidir, Rusiyanın, Türkiyənin, elə bütün dünyanın başı Ukrayna məsələsinə qarışıb. Belə bir şəraitdə Türkiyə-Ermənistan münasibətlərinin gündəmdə saxlanılması mümkün görünmür. Ermənistanın bu yolla Türkiyəni Cənubi Qafqazda sülh və digər proseslərdən kənarda saxlamaq versiyası inandırıcı görünmür. Öncəliklə Ermənistanın elə təsir imkanları yoxdur, digər tərəfdən, Türkiyə onsuz da bütün prosesin içərisindədir. Başqa fərqli bir mövqe də demək istəyirəm ki, Türkiyə Ermənistan tərəfindən müəyyən addımlar atılmadan qucağını onlara o qədər də geniş açmamalıdır. Qoy müəyyən ideoloji məsələləri nizama salsınlar, sonra münasibətlərin genişlənməsindən danışmaq olar. Prosesləri süni şəkildə sürətləndirməyə ehtiyac yoxdur”. Musavat.com

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …