Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / İrə­va­nın er­mə­ni­lə­rə ve­ril­mə müd­də­ti bi­tir, son­ra?

İrə­va­nın er­mə­ni­lə­rə ve­ril­mə müd­də­ti bi­tir, son­ra?

Mə­lum ol­du­ğu ki­mi, 29 may 1918-ci il­də Mil­li Şu­ra­nın qə­ra­rı ilə Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı (ADR) İrə­van və di­gər əra­zi­lə­rin er­mə­ni­lə­rə ve­ril­mə­si ilə bağ­lı sa­ziş im­za­la­mış­dı. Hə­min sa­zi­şin ləğv edil­mə­si­nin müm­kün­lü­yü ilə bağ­lı id­dia­lar irə­li sü­rü­lür.

Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti ta­ri­xi­nin təd­qi­qat­çı­sı, ta­rix­çi Nə­si­man Ya­qub­lu 1918-ci il­də İrə­va­nın Er­mə­nis­ta­na gü­zəş­tə ge­dil­mə­si ilə bağ­lı im­za­la­nan pro­to­kol haq­qın­da da­nı­şar­kən de­yib: “Bu pro­to­ko­lun im­za­lan­ma­sı məc­bu­ri atı­lan bir ad­dım idi. Çün­ki o dövr­də Azər­bay­can is­tiq­la­lı­nı elan et­sə də, çox pis və­ziy­yət­də idi. Yə­ni is­tiq­lal elan edil­mə­si­nə bax­ma­ya­raq, hö­ku­mət yal­nız Gən­cə­yə gə­lib çı­xa bil­miş­di. Ba­kı­nı azad edib qo­ru­maq üçün, de­mək olar ki, bi­zim si­lah­lı qüv­və­lə­ri­miz yox idi. İki is­ti­qa­mət­də dö­yüş apa­ra­caq gü­cə ma­lik de­yil­dik. Bi­zə hə­min dövr­də Ba­kı­nı azad edib Azər­bay­ca­nın pay­tax­tı ol­du­ğu­nu dün­ya­ya çat­dır­maq la­zım idi. Bu­ra­da möv­cud olan 14 mi­nə ya­xın si­lah­lı qüv­və – er­mə­ni daş­nak­lar, rus­lar və di­gər qüv­və­lər Ba­kı­nı ayı­ra­raq ay­rı­ca bir qu­ber­ni­ya ki­mi sax­la­maq və Ru­si­ya­nın bir əya­lə­ti­nə çe­vir­mək is­tə­yir­di­lər. Biz də hə­min dövr­də Ba­kı uğ­run­da mü­ba­ri­zə­yə baş­la­dıq və Os­man­lı or­du­su da kö­mə­yə gə­lən­də İrə­va­nı de­yil, Ba­kı­nı xi­las et­mə­yə gəl­di­yi­ni bil­dir­miş­di. 1918-ci il­də im­za­la­nan mü­qa­vi­lə­yə əsa­sən, baş­da Nu­ru Pa­şa ol­maq­la, Qaf­qaz İs­lam Or­du­su Ba­kı­nı və Ba­kı­ət­ra­fı əra­zi­lə­ri xi­las et­di. İrə­van isə ta­ma­mi­lə kə­nar­da qal­dı. İrə­van mə­sə­lə­si biz­dən ası­lı de­yil­di, yə­ni bö­yük döv­lət­lə­rin də bur­da ma­raq­la­rı var idi. İn­gi­lis­lər Azər­bay­ca­nın İrə­va­nı er­mə­ni­lə­rə ver­mə­sin­də is­rar edir­di, Tür­ki­yə isə Güm­rü­nü Er­mə­nis­ta­na ver­mək is­tə­mir­di.

Ona gö­rə də bu məc­bu­riy­yət­dən atı­lan ad­dım idi. Bu­nu Mil­li Şu­ra­nın ic­la­sın­da Fə­tə­li Xan Xoys­ki də de­miş­di”.
Hə­min pro­to­ko­lun ləğ­vi mü­kün­dür­mü və Azər­bay­can bu is­ti­qa­mət­də han­sı ad­dım­la­rı ata bi­lər?
Hü­quq­şü­nas Ta­ğı Qəm­bə­rov qə­ze­ti­mi­zə bil­dir­di ki, bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin hü­qu­qu ümu­mi bey­nəl­xalq hü­qu­qun tər­kib his­sə­si olub, mü­qa­vi­lə­lə­rin bağ­lan­ma­sı və xi­ta­mı da bey­nəl­xalq hü­qu­qun di­gər sub­yekt­lə­ri ara­sın­da mü­na­si­bət­lə­ri tən­zim­lə­yən qay­da­lar­la mü­əy­yən edi­lir: “Bağ­lan­mış hər han­sı bey­nəl­xalq mü­qa­vi­lə­dən bir tə­rəf im­ti­na edər­sə, hə­min mü­qa­vi­lə öz hü­qu­qi qüv­və­si­ni itir­miş olur. Hə­qi­qət­lə ayaq­laş­ma­yan bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin ləğv olun­ma­sı qa­nun­la tən­zim­lə­nir. Ey­ni za­man­da, hə­min mü­qa­vi­lə bir qrup döv­lə­ti vax­ti­lə təm­sil edən sə­ləf­lər tə­rə­fin­dən bağ­la­nar­sa və ya mü­qa­vi­lə bağ­la­mış tə­rəf hə­min mü­qa­vi­lə­nin şərt­lə­ri­ni bi­lə­rək­dən po­zar­sa, o mü­qa­vi­lə eti­bar­sız sa­yı­lır. 29 may 1918-ci il­də bağ­lan­mış mü­qa­vi­lə­yə əsa­sən, er­mə­ni tə­rə­fi azər­bay­can­lı­la­ra qar­şı hər han­sı küt­lə­vi eti­raz və hü­cum­la­rın ol­ma­ma­sı­na da­ir söz ve­rib.

Er­mə­ni­lə­rin gö­tür­dü­yü bu öh­də­lik­lər 4 iyun 1918-ci il­də bağ­lan­mış Ba­tu­mi sülh mü­qa­vi­lə­sin­də də öz ək­si­ni ta­pıb. La­kin er­mə­ni ha­ki­miy­yə­ti­nin Tif­lis­dən İrə­va­na kö­çü­rül­mə­si­nə bax­ma­ya­raq, er­mə­ni­lər, söz ver­dik­lə­ri ki­mi, ye­ni və xoş niy­yət­li er­mə­ni hö­ku­mə­ti­ni qur­maq niy­yə­tin­də de­yil­di. Er­mə­ni­lə­rin ye­ni pay­tax­tı olan İrə­van­da çox­luq təş­kil edən azər­bay­can­lı­lar on­la­rın yad bir yer­də əsas­lı er­mə­ni ha­ki­miy­yə­ti­ni qur­maq və yer­ləş­mək niy­yət­lə­ri­nə ma­ne olur­du. Bu­na gö­rə də er­mə­ni döv­lə­ti­ni for­ma­laş­dır­maq­dan do­la­yı hə­min əra­zi­lə­rin azər­bay­can­lı­lar­dan tə­miz­lən­mə­si­nə baş­la­dı­lar. Nə­ti­cə eti­ba­ri­lə bu da, fak­ti­ki ola­raq, İrə­van­da azər­bay­can­lı­la­rın soy­qı­rı­mı­na gə­ti­rib çı­xar­dı. Da­ha son­ra azər­bay­can­lı­la­ra qar­şı et­nik tə­miz­lə­mə pla­nı­nı er­mə­ni­lər di­gər böl­gə­lər­də də tət­biq et­mə­yə baş­la­dı­lar. Er­mə­ni­lər tə­rə­fin­dən Dağ­lıq Qa­ra­bağ­da, Qu­ba ra­yo­nun­da küt­lə­vi hal­da qa­dın­lar, qo­ca­lar, uşaq­lar aman­sız­lıq­la qət­lə ye­ti­ri­lib. Bü­tün bun­lar, ümu­miy­yət­lə, azər­bay­can­lı­la­rın izi­nin yox edil­mə­si­nə he­sab­lan­mış plan idi. Ona gö­rə də bu gün əmin­lik­lə de­yə bi­lə­rik ki, İrə­va­nın 1918-ci il­də Er­mə­nis­ta­na ve­ril­mə­si ilə bağ­lı mü­qa­vi­lə öz əhə­miy­yə­ti­ni iti­rib. Qeyd edim ki, Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı sa­də­lövh­cə­si­nə er­mə­ni­lə­rin öz səhv­lə­ri­ni ba­şa dü­şə­cə­yi­nə ina­nır­dı. La­kin mü­əy­yən müd­dət­dən son­ra Cə­nu­bi Qaf­qa­zın əra­zi­si Ru­si­ya im­pe­ri­ya­sı­nın tər­ki­bi­nə keç­di. So­vet dö­nə­min­də­ki ta­rix­də bü­tün bu fakt­lar işıq­lan­dı­rıl­mır­dı. Çün­ki is­rar­la xalq­la­rın dost­lu­ğu haq­qın­da moi­zə­lər oxu­nur­du. Ye­ni nə­sil isə Azər­bay­can xal­qı­nın bu cür fa­ciə­vi il­lər ya­şa­dı­ğı haq­qın­da mə­lu­mat­sız­dır. So­vet dö­nə­min­də və on­dan son­ra da er­mə­ni tə­rə­fi ye­nə də öz ənə­nə­vi se­pa­rat­çı si­ya­sə­ti­ni yü­rüt­mə­yə baş­la­dı. Nə­ti­cə­də də Azər­bay­ca­nın 20 % əra­zi­si er­mə­ni­lər tə­rə­fin­dən iş­ğal edil­di. Bu ba­xım­dan da bey­nəl­xalq hü­quq qay­da­la­rı­na əsa­sən, biz İrə­va­nın ge­ri qay­ta­rıl­ma­sı ilə bağ­lı hü­qu­qi pro­se­dur­la­ra baş­la­ya bi­lə­rik”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın