Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “İqtidarın siyasi iradəsi möhkəmdir” – İlham Əliyev

“İqtidarın siyasi iradəsi möhkəmdir” – İlham Əliyev

“Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Bu bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir, eyni zamanda, iqtisadi müstəqilliyimizdir”.

“Qafqazinfo” xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 65-ci kitabında yer alan bu fikirləri dövlət başçısı 2014-cü il sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıq zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə deyib.

Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 65-ci kitabındakı materiallar 2014-cü ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.

Nəşrdə, həmçinin dövlət başçısının yəhudi xalqının Yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycan yəhudi icmasına, müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriklərinin mətnləri, “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək yolu dəhlizinin inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransın, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransının, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının növbəti iclasının iştirakçılarına məktubları və digər müraciətləri yer alıb.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin İsmayıllı, Qəbələ, Abşeron, Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra orta məktəblərin, uşaq bağçaları və əyləncə mərkəzlərinin, parkların, sənaye müəssisələrinin, habelə Bakıda infrastruktur obyektlərinin açılışlarında iştirakına dair informasiyalar, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqlərinin mətnləri verilib.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …