Ana səhifə / Siyasət / İntiqam Əliyevə hökm oxundu – 7 il 6 ay

İntiqam Əliyevə hökm oxundu – 7 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində ona hökm oxunub. 

Azinforum.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə İntiqam Əliyev son söz hüququ ilə çıxış edərək özünü irəli sürülən ittihamların heç biri üzrə təqsirli bilmədiyini deyib.

Hakim R.Osmanovun sonda oxuduğu hökmə əsasən isə, “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyev 3 il müddətə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbər vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, aprelin 14-keçirilmiş prosesdə çıxış edən dövlət ittihamçısı, prokuror Fərid Nağıyev təqsirləndirilən şəxs İntiqam Əliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə – vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, mənimsəmə və qanunsuz sahibkarlıq üzrə təqsirli bilinib, cinayətlərin məcmusu üzrə 3 il müddətə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbər vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif etmişdi.

Dünən keçirilmiş prosesdə isə hüquq müdafiəçisinin vəkilləri İntiqam Əliyevin təqsirsiz olduğunu bildirmiş, barəsində başlanan cinayət işinə xitam verilməsini, onun barəsində seçilən həbs qəti imkan tədbirinin ləğv edilməsini və irəli sürülən bütün ittihamlar üzrə bəraət hökmünün çıxarılmasını istəmişdilər.

Qeyd edək ki, İ. Əliyev keçən il avqustun 8-də saxlanılıb.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın