Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İnternetin də qiyməti qalxacaq

İnternetin də qiyməti qalxacaq

“Delta-Telecom” şirkəti Azərbaycan bazarında xidmətlərinin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışır. Lakin eyni zamanda qiymət artımının olmaması təkcə müəssisədən asılı deyil. Belə ki, artıq uzun müddətdir ISP (internet xidmətləri təminatçısı) və digər işlədicilərin müəssisəyə külli miqdarda borcları yaranıb”.
Mia.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq “Delta-Telecom”dan bildiriblər. Azərbaycanın ən iri internet provayderlərindən biri olan şirkət əlavə edib ki, müştəriləri vaxtı-vaxtında ödənişlər aparmır:
“Buna görə də bütün işlədicilərdən xahiş edirik ki, müəssisəmizə olan borcları dərhal ödəməklə yanaşı, aylıq ödənişləri də vaxtında aparsınlar. Əks təqdirdə çevrilmə faizi dəyişdiyinə görə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, gecikmiş ödənişlərə üçün cərimə faizi tətbiq ediləcək”.
Daha sonra internet provayderi əlavə edib ki, “Delta-Telecom” internetin əsas hissəsini Avropanın “Tier1” operatorlarından (“TeliaSonera”, “GlobeInternet”, “Level 3”, “GlobalCrossing”, “Tinet” provayderləri) alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır. Eyni zamanda, internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün “Delta-Telecom” tərəfindən ən azı üç istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürülüb və ödənişlər aylıq qaydada dollar və avroda həyata keçirilir.
Sadalanan amilləri nəzərə alaraq, Azərbaycanda tezliklə internet tariflərinin də artacağını gözləmək olar.

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın