“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB) internet xidmətlərinin qabaqcadan ödəməyə dair abonentlərin SMS məlumatlandırma xidmətini işə salıb.
Moderator.az xəbər verir ki, bu barədə Trend-ə İB-dən deyiblər.
İnternet və lP-TV xidmətləri üçün qabaqcadan ödəmə sisteminin tətbiqi 2016-cı il sentyabrın 1-dən başlayıb. İB-dən bildiriblər ki, yeni sistemə keçidə baxmayaraq, son ayda xidmətin dayandırılması ilə bağlı hal qeydə alınmayıb.