Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İnternet xidmətlərinə görə ödənişin müddəti uzadıldı

İnternet xidmətlərinə görə ödənişin müddəti uzadıldı

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) “Bakinternet” provayderi internet xidmətlərinə görə öncədən ödənişin müddətini yanvarın 9-dək uzadıb.

İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu qərar ölkədə yanvarın 1-dən 4-dək bayram günlərinin olması ilə əlaqədar qəbul edilib.

Qeyd edək ki, ötən ilin noyabrından “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi internet və IP-TV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq edib. Bu sistemin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alır və verilən xidmətdə fasilə yaranmır.

BTRİB xidmətlərinin dəyəri cari ay üçün həmin ayın 5-dən gec olmayaraq ödənilməlidir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın