Ana səhifə / Siyasət / “İnternational Medical Centre”də körpə öldü – həkim səhlənkarlığı

“İnternational Medical Centre”də körpə öldü – həkim səhlənkarlığı

Bakıda doğuş zamanı körpə ölümü baş verib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb.

Oraya doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb.

Məlumata görə, bu, qadının ilk hamiləliyi olub.

Adı açıqlanmayan qadının vəziyyətinin isə normal olduğu bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın