Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İnanılmaz: Sumqayıt yolu ikiyə bölündü

İnanılmaz: Sumqayıt yolu ikiyə bölündü

Bakı Beyəlxalq Avtovağzalındakı sürüşmə genişlənib.

Dünən gecə saatlarında Sumqayıt yolunun Bakı istiqamətində olan hissəsində əsas yolda yarıqlar əmələ gəlib. Bundan öncə Avtovağzalın dayanacağında baş verən sürüşmənin təxminən 10 metrliyində olan budəfəki təkanda asfalt qatı 3-4 sm aralanıb. Yolun avtovağzala tərəf hissəsi digər hissədən təxminən 3 sm aşağı düşüb.

Ərazi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb. Yol istismar idarəsinin əməkdaşları yarıqlara qır töküblər. Avtomobillərin sürüşmə baş verən hissədən hərəkəti məhdudlaşdırılmayıb (“Qafqazinfo”).

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın