Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “İmtahan ödənişləri arta bilər” – DİM sədrindən daha bir açıqlama

“İmtahan ödənişləri arta bilər” – DİM sədrindən daha bir açıqlama

“Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəbləşməsi imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər”.

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

M.Abbaszadə bildirib ki, növbəti illərdə qəbul imtahanları üçün müəyyənləşdirilmiş ödənişin məbləğində dəyişiklik ola bilər: “Bu daimi prosesdir və Tarif Şurası tərəfindən bu məsələ daim diqqətdə saxlanılacaq”.

DİM-in sədri vurğulayıb ki, bəzi şəxslər qəbul imtahanını bir növ oyuncağa çevirmişdilər və imtahanların ödənişli təyin edilməsi bu məsuliyyətsizliyi aradan götürəcək.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın