Cümə , Aprel 19 2024
Ana səhifə / “İMKANIM OLSAYDI VƏLİ ƏLƏSKƏROVUN  AYAĞINDAN ASARDIM”

“İMKANIM OLSAYDI VƏLİ ƏLƏSKƏROVUN  AYAĞINDAN ASARDIM”

Novella Cəfəroğlu: “Mən özüm Vəli Əsgərovun işgəncələrinə məruz qalmışamsa…”
Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Əsgərova hökm oxunub. Prokuror Vəli Əsgərovun onun nazir işlədiyi illərin və ayların sayı qədər – 14 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə isə onu vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz dinləmədə təqsirli bilərək, 14 il həbs cəzasına məhkum edib. 

V.Əsgərov nazir postunu tutduğu illərdə adı ictimai fəallara, müxalifətçilərə, başqa cür düşünən, hakimiyyətin mövqeyini bölüşməyən sıravi vətəndaşlara, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı ağlasığmaz təqib, təzyiq və şantaj olaylarında da hallanıb. Belələrindən biri də Naxçıvanda faliyyət göstərmiş jurnalist və fəal Həkimeldostu Mehdiyevdir. H.Mehdiyev mətbuata açıqlamalarında deyib ki, V.Əsgərov ona və qardaşlarına böyük ziyan vurub. Nazir olduğu dövrdə Məzahir adlı şöbə rəisinin rəhbərliyi ilə dörd qabırğası sındırılıb, özünü isə cəzaçəkmə müəssisəsinə göndəriblər.

“Naxçıvanda bəlkə də Vəli Əsgərov kimi qəddar adam olmayıb. Mənim imkanım olsaydı, onu ayağından asardım. Bu adam nazir olanda həbs olunanlara şəxsən özü işgəncə verir, təhqir edirdi. Bu adam Naxçıvanda müxalif fikirli insanların yaşamasına imkan vermədi. Bu səbəbdən hüquq müdafiəçiləri, ictimai fəallar Naxçıvanı tərk etdilər. O, Zeynalabdin Bağırzadəni, Nazim Mahmudovu şərləyərək həbs etdirdi”, – deyə H.Mehdiyev bildirib.

H.Mehdiyev deyib ki, V.Əsgərov nazir işlədiyi dövrdə bir neçə ailənin dağılmasına da bais olub.

V.Əsgərov hüquq müdafiəçiləri və jurnalistlərə divan tutan bir şəxs kimi də tanınır. 2014-cü ildə hüquq müdafiəçisi İlqar Nəsibovun ölümcül döyülməsində də onun rəhbərlik etdiyi orqanın əməyi var idi.

Maraqlıdır, V.Əsgərov vaxtilə əzdiklərinin, hüquqlarını tapdaladıqlarının durumuna salındıqdan sonra hüquq müdafiəçiləri onu müdafiə etməlidirlərmi?

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib  vətəndaş olaraq mövqeyi budur ki, onun kimilər ictimai fəal insanlara, müxalifətçilərə qarşı amansızlıqlar ediblər. İndi isə etdiklərinin cəzalarını çəkirlər: “Haqsızlığın, ədalətsizliyin, insan ləyaqətini alçaldan rəftarın nə olduğunu özlərinə münasibətdə görsünlər. Hüquq müdafiəçisi kimi isə deyirəm ki, qanunlar kimliyindən asılı olamayaraq heç kimə münasibətdə pozulmamalıdır”.

N.Cəfəroğlu V.Əsgərovun məhkəməsinə hüquq müdafiəçilərinin qatılmamasının da onun nazir olduğu dövrdə atdığı addımlardan qaynaqlandığına diqqət çəkdi:

“Biz Naxçıvana gedən hüquq müdafəçiləri – Səadət Bənəniyarlını, Sədaqət Paşayevanı və məni Vəli Əsgərovun işçiləri ölümünə döydülər. Bizi Naxçıvan MTN-ə aparmaq istəyirdilər. Əgər təyyarənin kapitanı bizi onların əlindən almasaydı, onlara bizi Naxçıvan MTN-ə aparmağa imkan versəydi, bizim başımıza təyyarədə açdıqları İmam Hüseyn müsibətini davam etdirəcəkdilər, bəlkə də bu gün sizinlə danışmayacaqdım. ən özüm Vəli Əsgərovun işgəncələrinə məruz qalmışam, buna görə də onu müdafiə etməyəcəyəm”.

 

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın