Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İmamoğlunun qələbəsi bir azdan təsdiqlənəcək – Canlı yayım

İmamoğlunun qələbəsi bir azdan təsdiqlənəcək – Canlı yayım

CHP-nin İstanbul bələdiyyə rəhbərliyinə namizədi Əkrəm İmamoğlu protokolu almaq üçün İstanbul Çağlayan ədliyyəsinə çağırılıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, bu barədə partiyanın İstanbul üzrə nümayəndəsi Canan Kaftancıoğlu sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, İmamoğlu hazırda ədliyyədədir.

Xatırladaq ki, Yüksək Seçki Qurumu (YSK) martın 31-də İstanbul bələdiyyəsinin rəhbərliyi uğrunda keçirilən seçkilərdə Millət İttifaqının namizədi Əkrəm İmamoğlunun 48,79 faiz səslə qalib gəldiyini açıqlamışdı. Cümhur İttifaqından olan namizəd Binəli Yıldırım isə 48,51 faiz səs toplamışdı. Bundan sonra hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə saxtakarlıq və pozuntu hallarının baş verdiyini bildirərək səslərin yenidən sayılmasını tələb etmişdi.


Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …