Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI

İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI

“Yaxşı ki, rəsmi Bakı Polad Bülbüloğlunun müsahibəsini tənqid etdi. Düzdür, ən vacib olan məsələyə görə deyil, başqa məsələyə görə. Amma Bakının bu reaksiyası onun müsahibədə dediklərinin hamısını etibarsız edir”.

Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O, qeyd edib ki, ən incə mövzuya dair Azərbaycan rəhbərliyinin sükut saxladığı özəl məqamda Rusiyadakı səfirin belə bəyanat verməsi çox yanlış idi:

“Bəli, əslində vacib olan məsələ başqa idi. Polad Bülbüloğlu Rusiyanın RBK telekanalına geniş müsahibə verib Ermənistana qarşı sərt görünən ifadələr işlətsə də, onun Türk sülhməramlılarına dair sözləri Türkiyə tərəfinin açqılamaları ilə üst-üstə düşmürdü. Onun bəyanatı Azərbaycan-Türkiyə yaxınlığına tərs baxanların istinad nöqtəsinə çevrilə bilərdi. Yaxşı ki, müsahibənin bütövlükdə çox da ciddi olmadığını Bakı öz reaksiyası ilə dərhal bildirdi, hətta başqa səbəbə görə olsa da”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …