Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İlqar Məmmədov xarici vəkil üçün etibarnaməni imzalayıb

İlqar Məmmədov xarici vəkil üçün etibarnaməni imzalayıb

Həbsdə olan REAL sədri İlqar Məmmədovun işinə britaniyalı vəkilin də qoşulduğu barədə xəbər vermişdik. Artıq vicdan məhbusu həbsxanada xarici vəkilin işində iştirak etməsi barədə etibarnaməni imzalayıb. Bu barədə “Yeni Müsavat”a onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verib.

V.Məmmədova həyat yoldaşının ümumi vəziyyəti ilə bağlı bunları deyib: “İlqarın işində olan yenilik yalnız odur ki, işinə yeni vəkil qoşulub. Xarici vəkil hələ Azərbaycana gəlib İlqarla görüşməyib. Çünki yeni təsdiqlənib. İlqar da etibarnaməni hələ yeni imzalayıb. Vəkilin Azərbaycana gəlib-gəlməyəcəyini də dəqiq bilmirik. Bizim üçün əsas olan vəkilin xaricdə olmasıdır. Çünki onsuz da burada vəkil Fuad Ağayev var. Yəni xarici vəkilin bura gəlməsi o qədər də vacib deyil. Çox böyük zərurət yaranarsa gələ bilər. Sonuncu dəfə İlqarla Yeni ildən sonra görüşmüşəm. Elə bir problemi yoxdur. Problem, sadəcə, vəkili ilə bağlı olmuşdu. Sənədləri yanına buraxmadılar. Bu problem də, deyəsən,  həll olunur. Başqa elə bir yenilik yoxdur”.

Əziz Orucov ile ilgili görsel sonucu

“Kanal 13″ internet televiziyasının rəhbəri Əziz Orucov hökmdən apelyasiya şikayəti verib. Kanal rəhbərinə hələ də ailəsi ilə açıq görüş verilmir. Bu barədə məlumat verən Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova bunları dedi:”Apelyasiya şikayəti artıq verilib. Nə zaman şikayətə baxılacağı hələ məlum deyil. Amma vəkilin dediyinə görə, həftənin sonuna qədər xəbər çıxar. Əzizin ümumi durumu qaydasındadır. Lakin bir problem yaşayırıq ki, hələ də bizə açıq görüş verilmir. Açıq görüşə icazə verəcəklərini deyirlər, amma artıq 9 aydır ki, bizə bu görüş verilmir. Bu, süni formada yaradılmış problemdir.  Dəfələrlə cəhd etmişəm ki, rəislə görüşüm, nə üçün icazə verilmədiyinin səbəbini soruşum. Amma müxtəlif bəhanələrlə bu görüşə imkan verilmir. Saxlanma şəraiti qaydasındadır. Sonuncu dəfə Əzizin dustaq yoldaşı ilə problemi yaranmışdı. Aralarında dava düşmüşdü. Bu problem aradan qaldırılıb. Həmin dustağı oradan çıxarıblar, yerinə başqasını gətiriblər. İstilik sistemi qaydasındadır”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …