Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “İlqar Məmmədov azadlığa çıxandan sonra onunla bağlı gözləntilər dəyişəcək”

“İlqar Məmmədov azadlığa çıxandan sonra onunla bağlı gözləntilər dəyişəcək”

“İndi “Real” kütləviləşir, yeni problemlər yaranır”.

Bu sözləri “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımda Real Partiyasının Məclis üzvü Erkin Qədirli deyib.

Musavat.com xəbər verir ki, o, bu situasiyaya misal olaraq Çernomırdinin Rusiya ilə bağlı bir sözünü xatırladıb: “Çernomırdinin sözü vardı ki, Rusiyada nə qurursan qur, axırda KPSS alınır. Azərbaycanda da hansı siyasi partiyanı qurursan qur, axırda AXCP alınır. Sistem ona gedir. Hamı ətrafda vəhşicəsinə gözləyir ki, sən radikallaşasan. Səni təmkinli olduğun üçün sevmirlər, mədəni olduğuna görə sevmirlər”.

Söhbət zamanı oxuculardan gələn suallar əsasında İ.Məmmədovla bağlı məqama toxunan E.Qədirli deyib ki, cəmiyyətdə onunla bağlı gözləntilərin bu qədər yüksək olmasının səbəbini anlayır: “Adam həbs olunub və ləyaqətlə həbsini keçirir. Müxalifətdə onun qədər həbs yatan ikinci adam olmayıb. İndi mitinqlərdə İlqarın şəkillərini daşıyanlar, Facebook profilinə onun şəklini qoyanlar İlqar azadlıqda olanda onu söyürdülər. Həbs olunanda dedilər ki, əşi, bu, bir azdan çıxacaq. Satılıb çıxacaq. İlqar Məmmədov çıxandan sonra onu söyəcəklər. İlqarla bağlı gözləntilər düşəcək. Çünki biriləri düşünür ki, İlqar azadlığa çıxan kimi inqilab edəcək. İlqar inqilab etməyəcək. Bunu gözləyənlərin gözləntiləri düşəcək, onlar aralanacaq. O birilər düşünəcək ki, İlqar çıxandan sonra radikal nəsə edəcək. Bəlkə də İlqar edər. Amma şərait yoxdur. Siyasi fürsətlər sisteminə baxmaq lazımdır. İndi heç kəs bundan artığını edə bilmir. Ona görə də müxalifətin içində şəxsiyyətlərə olan qınaqları anlamıram. Bu adam daha nə etsin?”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …