Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “İlk növbədə Bakı-Naxçıvan-İrəvan dəmir yolunun açılmasına başlamaq lazımdır”

“İlk növbədə Bakı-Naxçıvan-İrəvan dəmir yolunun açılmasına başlamaq lazımdır”

Ermənistanda parlament seçkilərindən sonra Paşinyanın yeni höküməti üçün çox geniş perspektivlər yaranıb. Əgər istifadə edə bilsə.

İlk növbədə Koçaryan tipli sərsəmlərin Şuşanı, Hadrutu və başqa haralarısa qaytaracağam ideyalarının ağılsız adamın sayaqlaması kimi qətiyyətlə başa düşməlidir və millətinə də bu ideyaların ziyanını izah etməlidir. İlk növbədə Azərbaycanın heç vaxt Ermənistanla sərhəddə bir qarış torpağını da heç kimə verməyəcəyini dərindən başa düşməlidir. Azərbaycan prezidenti son çıxışında ordunu hərtərəfli genişləndirəcəyini bəyan etdi.  Burada söhbət əskər və zabitlərin sayından getmir. Söhbət yeni tipli artilleriya sistemləri, zirehli maşınlar, tanklar, dronlar, hava hucumundan qorunma sistemləri və sair hərbi texnikadan gedir. Azərbaycana dost ölkələr Türkiyə, İsrail, Pakistan kifayət qədər bu silahlardan istehsal edir və məmnuniyyətlə Azərbaycana satmaqla yanaşı silahlı qüvvələri bu yeni texnikadan istifadə üçün təlim keçməyə hazırdır. 

İkincisi, Azərbaycanın silahlı qüvvələri özündə inam hiss edir, məğlubedilməzliyinə inanır, Azərbaycanın torpaqlarına göz dikənləri məhv etməyə hazırdır. NATO silahlı qüvvələrinin taktikası və strategiyası ilə hazırlaşdırılır. 

Üçüncüsü, Rusiya Federasiyasının sülhməramlıları geci-tezi, ən geci 4 il yarımdan sonra Azərbaycan torpaqlarını tərk edəcəklər. Azərbaycan erməni millətindən olan vətəndaşlarına qarşı heç bir qeyri-qanunu hərəkətlərə yol verməyəcək. Ancaq onların Azərbaycanda qalması (qaçıb dağılmaması,siz ermənilərin köçəri quşlar kimi heç vaxt bir yerdə qərar tutub qala bilmədiklərini bilirsiniz), Cənab Paşinyan, sizin aparacağınız siyasətdən asılı olacaq.

 – Siz ilk növbədə minalanmış sahələrin xəritəsini Azərbaycana verməlisiniz.

– 1991-ci il sərhəd xəritələri əsasında Azərbaycanla, heç bir başqa ölkənin müdaxiləsi olmadan, sərhədləri müəyyənləşdirməli hər iki yüngül silahlı qüvvələrini sərhəd zonalarında yerləşdirməlidir.- Paralel Ermənisatan və Azərbaycan arasında geniş miqyaslı müqavilənin hazırlanmasına başlamaq lazımdır.

– İlk növbədə Bakı-Naxçıvan-İrəvan dəmir yolunun açılmasına başlamaq lazımdır.- Parlament seçkiləri bir daha Türkiyə genosidinin mif olduğunu göstərdi. Erməni xalqı Türkiyənin əleyhinə deyil.Bir sıra millətçi, rəzil cılızlardan başqa ən azı əhalinin 70 faizi Türkiyə ilə yaxınlaşmaq istəyir. Türk genosidindən daşnaklar, asalaçılar həmişə istifadə ediblər, onlar da heç vaxt ermənilərin təmsilçisi olmayıb.

– Türkiyə ilə əlaqələr yaradılıb, iki dövlət arasında müqavilə bağlanandan sonra Bakı-Naxçıvan-İrəvan dəmiryolu Qars-Ankara-İstanbul Türkiyə portlarına qədər davam etdirilə bilər. Əgər Ermənistanın gələcəyini istəyirsinizsə, bu işləri görməlisiniz. Prezident Əliyevlə, məsələn, Tiflisdə görüşüb hər şeyi müzakirə edə bilərsiniz. Prezident Əliyev artıq dəfələrlə Ermənistanla normal əlaqələrin yaradılmasını istədiyini elan edib. Belə bir təşəbbüslə çıxış etmək növbəsi sizdədir.

Rəsul Quliyev, ABŞ-da yaşayan eks-spiker

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …