Ana səhifə / Siyasət / “İlin sonuna kimi sülh sazişi imzalana bilər” – Qriqoryan

“İlin sonuna kimi sülh sazişi imzalana bilər” – Qriqoryan

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2023-cü ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün sayır.

“Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik davam edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır. Biz mümkün qədər tez saziş imzalamaqda qərarlıyıq”, – Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, İrəvan iyunun 1-də Kişineuda Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü müsbət qiymətləndirir.

“Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Beynəlxalq ictimaiyyətin bu gündəmə yardımı çox vacibdir”, – Qriqoryan deyib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …