Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / İlham Mirzəyevin səhhəti ağırlaşıb

İlham Mirzəyevin səhhəti ağırlaşıb

Dələduzluqda təqsirləndirilərək həbs olunan aparıcı İlham Mirzəyevin səhhətində problemlər yaranıb. Bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib.
Vəkil bildirib ki, T.Mirzəyevin fəqərəsində ciddi problemlər yaranıb: “İlham Mirzəyevin ağrılardan ayaqları tutulub. Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etdik. Həkim briqadası tərəfindən o müayinə olunub. Həkimlər ona fəqərə yırtığı ilə bağlı diaqnoz təyin edib və ilkin tibbi yardım göstərilib. Hazırda İlham cəzaçəkmə müəssisəsində müayinə olunur. Yaxın günlərdə səhhətində irəliləyiş olmasa, İlham Mirzəyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcək”.
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın