Ana səhifə / Siyasət / İlham Əliyev: “Xocalı qurbanlarının qanı yerdə qalmayıb”

İlham Əliyev: “Xocalı qurbanlarının qanı yerdə qalmayıb”

“Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmayıb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“İntiqamımızı döyüş meydanında aldıq! Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb. 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq.

Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Məhv etmişik onların ordusunu, texnikasını məhv etmişik və məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq”, – ölkə başçısı qeyd edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …