Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İlham Əliyev Saatlıda respublika müşavirəsi keçirir

İlham Əliyev Saatlıda respublika müşavirəsi keçirir

Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləyib.

Sonra Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış ediblər.

*   *   *11:28

Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Virtualaz.org-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müşavirədə iştirak edir.

***

Saatlı şəhərində su təchizatı sistemlərinin istismara verilməsi mərasimi keçirilib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

***

Saatlıda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 100 yerlik körpələr evi – uşaq bağçasının açılışı olub.

Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

***

Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

*   *   *10:56

Martın 28-də Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

*   *   *10:30

Azərbaycan prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.

Virtualaz.org-un məlumatına görə, prezident martın 28-də Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın